DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs həbs edilib

DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs həbs edilib

Xəbər verildiyi kimi, yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzlinin öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürməsi faktına görə başlanmış cinayət işi üzrə Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq aparılır.

Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün Elxan Əvəzliyə Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə ittiham elan edilməklə Füzuli Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elxan Əvəzli həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yanvar 3-ü saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Poliqon.az

CATEGORIES
TAGS