DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” ziyarət olunub

DSX-nin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” ziyarət olunub

24-25 oktyabr tarixlərində Azərbaycan Respublikası “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin bir qrup heyəti və Bakı şəhəri 171 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”ni ziyarət ediblər.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, tədbirdə muzeyin ekspozisiyasının Azərbaycan tarixinin acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıra­vi vətəndaşların repressiyaya məruz qalması barədə ziyarətçilərə geniş məlumat verilib.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəraət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqilliq illərində – 15 mart 1996-cı il tarixdə Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hüquqi qiymət verilməsi xüsusi qeyd edilib.

Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin yaradılmasının mahiyyəti və vacibliyi barədə tədbir iştirakçılarına ətraflı məlumat verildikdən sonra, ziyarətçilərə binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri göstərilib.

Tədbir iştirakçılarına Hüseyn Cavidin 140 illik yübileyinə həsr olunmuş video çarx nümayiş olunub.

photo 20221026104954 photo 20221026105001 photo 20221026105008 photo 20221026105022

Poliqon.az

CATEGORIES