ABŞ AH-64E “Apache” helikopterlərinin Cənubi Koreyaya satışını təsdiqləyib

ABŞ AH-64E “Apache” helikopterlərinin Cənubi Koreyaya satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərindəki AH-64E “Apache” ağır döyüş helikopterlərinin Cənubi Koreyaya satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 36 ədəd AH-64E helikopterinin, 456 ədəd AGM-114R2 “Hellfire” raketinin, 152 ədəd AGM-179A JAGM raketinin və digər lazımi hissələrin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı ABŞ-ın “Boeing” və “Lockheed Martin” şirkətləri olacaq.

Qeyd edilib ki, bu satış Cənubi Koreyanın cari və gələcək təhdidlərə cavab vermək bacarığını artıracaq.

CATEGORIES
TAGS