Xəbərlər
DSX-nın rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət ediblər

Vətən müharibəsinin ildönümü münasibətilə sentyabrın 28-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqların işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilmiş, məzarları üzərlərinə gül dəstələri düzülüb.
Poliqon.az




