Xəbərlər

DSX-nin rəhbər heyəti şəhidlərin məzarlarını ziyarət ediblər

Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti və ictimaiy­yət nümayən­dələri şəhid kapitan Cəmiyev Aşur Bəybala oğlu, baş gizir Yusifli Azər Nazim oğlu, kiçik gizir Namazov Elcan Hidayət oğlu, kiçik gizir Paxırov Elsevər Eyvaz oğlu, kiçik gizir Şıxıyev Səyyad Abdul oğlu, kiçik gizir Məmmədli Əşrəf Elman oğlu, kiçik gizir Tağıyev Şahin Rəhim oğlunun anım məra­sim­lərində şəhidlərin məzarlarını ziyarət ediblər.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Mərasimdə torpaqların azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılmış tarixi qələ­bədən danışılıb.

Poliqon.az

Back to top button