Xəbərlər
DSX-nin rəsmiləri şəhidlərin anım mərasimlərində iştirak ediblər

Şəhid kapitan Meydanov Elməddin Bahəddin oğlu, leytenant Abbasov Murtuz Çingiz oğlu, gizir Səmədov Nicat Şahin oğlu, kiçik gizir Talıbov Təbriz Məhərrəməli oğlu, əsgər İskəndərli Səbuhi Yaşar oğlu, əsgər Əliyev Rəvan Yusif oğlunun boya-başa çatdıqları doğma yurdlarında keçirilmiş anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəsmiləri, rayon rəhbərliyi, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Tədbirlərin iştirakçıları torpaqların azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılmış tarixi qələbədən danışıb.




