Xəbərlər

DSX-nin Vətən Müharibəsi iştirakçısı olmuş hərbi qulluqçuları ehtiyata buraxılıb

20 iyun tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən Müharibəsinin iştirakçısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hər bir sərhədçinin Prezi­den­t İlham Əliye­vin Koman­danlığı altında möhtəşəm Zəfəri gerçək etmiş Azərbaycan Si­lahlı Qüvvələrinin qalib əsgəri olması ilə, müqəddəs tor­paqların azad olun­ma­sında işğalçı düş­mən qüv­və­lərinə qar­şı şərəflə döyüş­məsi ilə, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apar­ması ilə qürur duymasını xüsusi  vurğulayıb.

DSX sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən Müharibəsində böyük rəşadət və qəhrəmanlıqla vuruşmaları, Ali Baş Komandan, Vətən və Dövlət qarşı­sında vəzifələrini əzm və fədakarlıqla icra etmələri, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqların düşmən­dən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edə­rək Azərbaycan xalqına qələbə sevincini yaşadan şəhidlərin ruhunun əbədi ola­raq yad­daşlara həkk olunduğu və hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Vətən Müharibəsi başa çatdıqdan sonra Azərbaycanın İran və  Ermənistan ilə işğaldan azad edilmiş dövlət sərhədi boyu bərpa edilən və yeni yaradılan sərhəd zastavalarında, sərhəd-döyüş məntəqələrində çox mü­rək­kəb relyef və iqlim şəraitində şərəflə xidmət etdiklərinə, dövlət maraqlarını ləyaqətlə müdafiə etdiklərinə görə ehtiyata buraxılan sərhədçi çavuş və əsgər­lərə, bu cür övlad tərbiyə etdiklərinə görə onların valideynlərinə minnətdarlıq ifadə olunub.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhə­ri­nin azad olunmasında fərqləndiklərinə görə Pre­zi­dent İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə orden və medallar təqdim olun­ub.

ds1 ds2 ds3 ds4 sərhəd4ds5

Poliqon.az

Back to top button