DSX nümayəndə heyəti Pakistanda keçirilən PIMEC-2025 tədbirində iştirak edib

DSX nümayəndə heyəti Pakistanda keçirilən PIMEC-2025 tədbirində iştirak edib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti DSX rəisinin müavini general-leytenant Əfqan Nağıyevin rəhbərliyi ilə Pakistanın Karaçi şəhərində keçirilən PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak edib.

“Poliqon” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Pakistan Hərbi Dəniz Qüvvələrinin və Pakistan Dəniz Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Pakistan arasında sərhəd təhlükəsizliyi və dəniz sərhədlərinin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və sərhəd nəzarətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Beynəlxalq tədbirin işçi sessiyalarında Azərbaycan nümayəndə heyəti gündəlikdə yer alan müxtəlif mövzularda keçirilən konfrans və panel müzakirələrdə fəal iştirak edib. Müzakirələr zamanı qlobal dəniz sənayesində innovativ yanaşmalar, iqlim dəyişikliklərinə adaptasiya və alternativ enerji mənbələrinin dəniz infrastrukturuna inteqrasiyası kimi aktual məsələlərə diqqət yetirilib.

Qeyd edək ki, PIMEC-2025 sərgisi Pakistanın dəniz ticarəti, müdafiə sənayesi və texnoloji imkanlarını nümayiş etdirmək, həmçinin dünya dəniz sənayesinin aparıcı iştirakçılarını və investorlarını bir araya gətirmək məqsədilə təşkil olunub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu beynəlxalq tədbirdə iştirakı ölkəmizin regionda artan nüfuzunun, eləcə də sərhəd təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq sahəsində fəal rolunun göstəricisidir.

20251105 111632 scaled e1762645374103

20251105 112446 scaled e1762548101134

20251105 111727 scaled

20251105 111737 scaled

DSC 7319

DSC 7322

CATEGORIES
TAGS