Xəbərlər

DSX rəisi Pakistan nümayəndə heyəti ilə görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Baş Qərargah rəisi general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqona” Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaş­lığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən mühari­bəsində qaza­nılan parlaq Qələbə sayəsində 30 ilə yaxın müddətdə milli və sərhəd təhlükəsizliyinə əsas təhdid olan, ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin Ermənistan tərəfindən işğalına son qoyulduğu barədə məlumat verilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda haqq işində Pakistanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi vurğulanıb.

Görüşdə regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Back to top button