Müdafiə
DSX rəisi Cəlilabadda vətəndaşları qəbul edəcək

Aprelin 14-də saat 11:00-da Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayon sakinlərinin qəbulu keçiriləcək.
Bu barədə “AzeriDefence”ye DSX – nin mətbuat mərkəzindən məlumat verilib.
Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprel ayının 12-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.
Qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.



