DSX rəisi dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi üzrə tapşırıqlar verdi

DSX rəisi dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi üzrə tapşırıqlar verdi

Dövlət Sərhəd Xidmətinin dənizdə sərhəd mühafizə imkanları təkmilləşdiriləcək və şəxsi heyətin peşəkarlığı daha da artırılacaq.

“Poliqon” xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Xəzər dənizində keçirilən taktiki təlimi zamanı göstəriş verib.

“Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən taktiki təlimdən sonra, DSX rəisi general-polkovnik Elçin Quliyev təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edib.

General-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələrindən olduğunu vurğulayıb, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib.

Poliqon.az

CATEGORIES
TAGS