DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin 2-ci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­ların işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.

Poliqon.az

CATEGORIES
TAGS