Xəbərlər

DSX rəisi xidmətdə fərqlənmiş sərhədçi qadınları təltif edib

Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, tədbirdə DSX-nin rəisi general-pol­kovnik Elçin Quliyev əlamətdar gün münasibətilə sərhədçi qadın hərbi qulluqçuları təbrik edib, onlara хidmətdə və şəхsi həyatlarında uğurlar arzulayıb.

Gözəllik, sədaqət və ismət rəmzi olan Azərbaycan qadınlarının xalqın milli varlığını müəyyən edən mənəvi dəyərlərin, adət-ənənələrimin qorunub saxlanmasında əvəzsiz xidmətləri qeyd olunub, qadınların cəmiyyətdəki rolunun artmasına, onların maddi rifahının yaxşılaşmasına, Azərbaycanlı ailələrin xoşbəxtliyinə Ulu Öndər Heydər Əliyevin hər zaman böyük diqqət göstərdiyi, bu gün həmin siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulan­ıb.

Azərbaycan qadınının 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda savaşda canlarından keçməyə hazır olan qəhrəmanlar nəslini yetişdirməsi vurğulanıb, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən Silahlı Qüvvələrin fəaliyyətində yaxından iştirak etmələri, Vətənin sərhədlərinin mühafizəsi kimi çətin və şərəfli vəzifənin yerinə yetirilməsində sərhədçi qadınların əzmkarlıq göstərdikləri,  xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldikləri qeyd olunub.

Çıxışda Azərbaycan tarixinin ən böyük sərkərdəsi Prezident İlham Əliyevin müdrik siyasəti, hərbi strategiyası və sərkərdəlik məharəti sayəsində Azərbaycanın bütün ərazisində suveren hüquqların bərpa edildiyi, qalib dövlətə çevrildiyimiz vurğulanıb, müqəddəs haqq savaşında Ali Baş Komandan tərəfindən DSX-nin qarşı­sında qoyulmuş döyüş tapşırıq­larının layiqincə icra olunduğu, Azərbaycan sərhədçilərinin bundan sonra da milli maraqların təmin edilməsi üzrə tapşırıqları ən yüksək səviyyədə icra edəcəkləri qeyd olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Dövlət Başçısının ən yaxın silahdaşı olaraq dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim etdiyi, dövləçiliyin əsaslarının möhkəmləndirilməsinin, ölkənin ictimai – siyasi və mədəni həyatının dinamik inkişafına yönəldilmiş əzm­kar fəaliy­yəti ilə хalqın böyük rəğbətini qazandığı xüsusi qeyd edilib.

Tədbirin sonunda xidmətdə fərqlənmiş sərhədçi qadınlar təltif olunublar.

d3

d1

d2

Poliqon.az

Back to top button