DSX rəisi: Yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlaması dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin təzahürüdür

DSX rəisi: Yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlaması dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin təzahürüdür

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının açılışı mərasimində bildirib.

Hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsini qeyd edən general-polkovnik Elçin Quliyev görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olduğunu vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS