DSX rəisinə yeni müavin təyin edilib

DSX rəisinə yeni müavin təyin edilib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevə yeni müavin təyin olunub.

“Poliqon” xəbər verir ki, general-leytenant Rəsul Tağıyev DSX rəisinin Şəxsi heyətlə iş üzrə müavini təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər general-leytenant Rəsul Tağıyev DSX Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsində xidmət göstərib. Ona 2018-ci ildə general-mayor, 2022-ci ildə general-leytenant ali hərbi rütbəsi verilib.

Rəsul Tağıyev Vətən müharibəsi başlayan zaman Dövlət Sərhəd Xidmətində Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsində çalışıb. Cəbrayılın və Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə komandanlıq edənlərdən olan Rəsul Tağıyev, Bartaz və Şükürataz yüksəkliklərinin işğaldan azad olunması üzrə aparılan hərbi əməliyyatlara rəhbərlik edib. O, Vətən müharibəsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medallarına layiq görülüb.

Poliqon.az

CATEGORIES