DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı imkanları təkmilləşdirilir

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı imkanları təkmilləşdirilir

Xəzər dənizində Azərbaycanın milli maraqlarının təmin olunması və mövcud təhdidlərə qarşı zəruri tədbirlərin həyata keçirilməsi üçün dənizin Azərbaycana mənsub bölməsində neft və qazın hasilatı, enerji resurslarının nəqli dəniz sektorunda effektiv dəniz təhlükəsizlik sisteminin yaradılmasını tələb edir.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində bildirib ki, Sahil Mühafizəsi tərəfindən aparıcı dövlətlərinin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizələrinin təkmilləşdirmə təcrübəsi öyrənilir, beynəlxalq sərhəd əməkdaşlıq formatları genişləndirir, “Azərbaycan Respublikası dəniz təhlükəsizliyi Strategiyası”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi, həmçinin dənizdə dövlət sərhədlərinin daha etibarlı mühafizəsinin təşkili üzrə təkliflər Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən təsdiq olunaraq Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətində tətbiq olunur.

“Hazırda Xəzər dənzinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dövlət əhəmiyyətli və kritik enerji infrastrukturunun yerləşdiyi ərazilərdə sərhəd gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi təmin olunmaqla üzmə vasitələrinin nəzarətdə saxlanılması üzrə zəruri tədbirlər həyata keçirilir.

Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərin sualtı imkanlarının təkmilləşdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görülməsi nəticəsində gəmilərə qapalı və açıq dövriyyəli avadanlıqları istifadə edən sualtı təxribat qüvvələrinin və sualtı üzmə vasitələri aşkar edən yeni müasir sonar sistemləri quraşdırılıb. Həmçinin, müxtəlif şəraitlərdə heyətimizin taktiki vərdişlərin təkmilləşdirilməsi, sualtı və suüstü üzgüçülük, qəza-xilasetmə, davamlılıq uğrunda mübarizə və digər növ sualtı əməliyyatlarının yerinə yetirilməsi məqsədi ilə dalğıc poliqonunun və xüsusi qüllənin (helikopterdən və gəmidən enmə-qalxma meydançaları ilə birlikdə) inşası istiqamətində, o cümlədən Sahil Mühafizəsinin xüsusi bölmələrinin ştat üzrə müasir dalğıc, silah, sualtı üzmə vasitələr, nəqliyyat texnikası, səhra və digər avadanlığın əldə edilməsi istiqamətində zəruri tədbirlər görülür”, – deyə kontr-admiral A.Qiyasov vurğulayıb.

Qərargah rəisi bildirib ki, Sahil Mühafizəsinin döyüşçü-dalğıcların döyüş hazırlığının artırılması məqsədi ilə müntəzəm səhra təlimləri keçirilir, sualtı fəaliyyət aparılır, dənizdə yerləşən hidrotexniki qurğuların və liman infrastrukturların sualtı hissələrinə dalğıc baxışları təşkil edilir.

Poliqon.az

CATEGORIES
TAGS