Müdafiə
DSX saxta sənədlə ölkəyə daxil olmaq istəyənləri saxlayıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları saxta sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxsləri aşkarlayıb.
DSX mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, fevralın 9-da həyata keçirilən tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 332 nömrəli “İstanbul-Bakı” aviareysi ilə ölkəmizə gələn Qana vətəndaşları Mketiab Xoster, Obeng Riogkson, Paky Esmond Ohene və Boateng Frangiz Atta saxta elektron viza təqdim etdikləri üçün saxlanılıblar.
Müvafiq araşdırma aparıldıqdan sonra fevralın 10-da “Bakı-İstanbul” reysi ilə geri qaytarılıblar.




