DSX tibb sahələri üzrə işə qəbul elan edib

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə və işə qəbul elan edib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
Həkim-terapevt; həkim-ümumi cərrah; həkim-uroloq; cərrah-uroloq; həkim travmatoloq-ortoped; anestezioloq-reanimatoloq; həkim radioloq; həkim-infeksionist; həkim-nevropatoloq; həkim-psixiatr; həkim mama-ginekoloq; cərrah mama-ginekoloq; həkim neyro cərrah; üst çənə cərrahı; həkim-kardioloq; həkim-sanepidemioloq; həkim-dermatoloq; həkim-otolarinqoloq; təcili yardım həkimi; Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər; feldşer.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı; fiziki cəhətdən sağlam olmalı; Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Namizədlər DSX-nın Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.




