DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

DTX Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb

Məlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan Azərbaycan torpaqlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən “Poliqon”a bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə DTX tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülüb.

Poliqon.az

CATEGORIES
TAGS