“Ejder Yalçın” zirehli maşının özbək klonu – “Tarlon”

“Ejder Yalçın” zirehli maşının özbək klonu – “Tarlon”

Özbəkistanın Dövlət Hərbi Sənaye Komitəsinin müəssisələri tərəfindən hazırlanan “Tarlon” yüngül zirehli maşının sınaqları keçirilir.

“Poliqon”un məlumatına görə, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin sifarişi əsasında dizayn və istehsal olunduğu bildirilən “Tarlon” yüngül zirehli nəqliyyat vasitəsinin sınaqları Müdafiə Nazirliyinin bir qrup mütəxəssisinin iştirakı ilə keçirilir.

Sınaqların ilkin mərhələsində “Tarlon”un ballistik müdafiəsi müəyyən olunmuş standartlara uyğunluğu, o cümlədən ölkənin dağlıq və yolsuzluq ərazilərində hərəkət etmək və müxtəlif maneələri aşma qabiliyyəti yoxlanacaq. Sınaq prosesləri davam edir.

Dünyanın nüfuzlu media orqanlarında yer alan məlumatlara görə, “Tarlon” zirehli nəqliyyat vasitəsinin yeni yaradılan hər iki versiyası, Türkiyənin “Nurol Makina ve Sanayi” şirkəti tərəfindən istehsal edilən “Ejder Yalçın” zirehli transpartyorundan kopyalanıb.

“Nurol Makina ve Sanayi”dən bu faktı təsdiqləyən şirkət mütəxəssislərinin açıqlmasna görə, “Tarlon”un “Ejder Yalçından” kopyalanan hissələri sırasına arxa və yan pilləkənlər, yanacaq çəni, ox dizaynı, xilasetmə vinçi, atəş bölmələri, gövdə quruluşu, oturma sistemi və oturacaqlar daxildir.

Qeyd edək ki, 2017-ci ildə Özbəkistan prezidenti Şövkət Mirzəyevin Türkiyə səfəri çərçivəsində iki ölkə arasında 24 ədəd “Ejder Yalçın”ın alınması və 1000 ədədinin isə birgə istehsal edilməsi bağlı müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Nurol Makina ve Sanayi” şirkəti Özbəkistan Ordusuna “Ejder Yalçın” zirehli nəqliyyat vasitəsinin 4 ədədini 2018-ci ildə, qalan 20 ədədini 2019-cu ildə təhvil verib.

 

Poliqon.az

CATEGORIES
TAGS