“Elbit Systems” adı açıqlanmayan ölkəyə PULS YARS tədarük edəcək

“Elbit Systems” adı açıqlanmayan ölkəyə PULS YARS tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan beynəlxalq müştəriyə PULS yaylım atəşli reaktiv sistemlər (YARS) tədarük edəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 150 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, tədarüklə bağlı işlər üç il müddətində həyata keçiriləcək və sifarişçiyə PULS YARS-larla bərabər uzaq mənzilli raketlər də çatdırılacaq.

Perspektivli PULS YARS “Elbit Systems” şirkətinin müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyneri yerləşdirən çoxməqsədli dəqiq universal buraxma sisteminin (Precise Universal Launching System) əsasında hazırlanıb.

PULS YARS buraxma qurğusuna aşağıda sadalan reaktiv mərmilər olan 2 konteyner yerləşdirilə bilər:

  • 122 mm çaplı və 35 km-ə qədər uçuş mənzilli AccuLAR-122 – 18 ədəd;
  • 160 mm çaplı və 40 km-ə qədər uçuş mənzilli AccuLAR-160 – 10 ədəd;
  • 306 mm çaplı və 150 km-ə qədər uçuş mənzilli Extra – 4 ədəd;
  • 370 mm çaplı və 300 km-ə qədər uçuş mənzilli Predator Hawk – 2 ədəd.

Poliqon.az

CATEGORIES
TAGS