“Elbit Systems” Almaniyaya gecə görmə cihazları tədarük edəcək

“Elbit Systems” Almaniyaya gecə görmə cihazları tədarük edəcək

Almaniya Daxili İşlər Nazirliyinin Satınalma Bürosu hüquq mühafizə orqanlarının ehtiyaclarını qarşılamaq üçün İsrailin “Elbit Systems” şirkətinə “XACT nv33” gecə görmə cihazları (NVG) sifariş edib.

Bu barədə “Poliqon” “Elbit Systems” şirkətinə istinadən məlumat verib.

“XACT nv33” NVG müxtəlif tipli dəbilqələrə quraşdırıla, başa taxıla və ya əldə istifadə edilə bilən yüngül görüntü gücləndirici durbindir. Cihazın kompakt ölçüdə və yüngül olması ondan qaranlıqda nəqliyyat vasitəsi sürmək üçün istifadə etməyə şərait yaradır.

Hazırda XACT məhsul ailəsidən Almaniya, Hollandiya, İsrail, Avstraliya və bir sıra NATO ölkələrinin Silahlı Qüvvələri istifadə edir.

WP German NVG

Poliqon.az

 

CATEGORIES
TAGS