
“Elbit Systems” İsrail Ordusunu yeni elektro-optik sistemlərlə təchiz edir
“Elbit Systems” şirkəti İsrail Ordusuna müasir elektro-optik sistemlər tədarük edəcək.
Bu barədə “Poliqon” “Elbit Systems”ə istinadən xəbər verib.
“Elbit Systems” ilə İsrail Müdafiə Nazirliyi arasında elektro-optik sistemlərin tədarükünə dair imzalanan müqavilənin dəyəri 95 milyon ABŞ dolları təşkil edir.
Müqaviləyə əsasən, “Elbit Systems” İsrail Ordusuna yeni elektro-optik sistemlər tədarük etməklə yanaşı, həm də onlara texniki xidmət, təmir və logistika dəstəyi göstərəcək. Razılaşmanın 10 il ərzində həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, alınan yeni elektro-optik cihazlar İsrail Müdafiə Qüvvələrinin piyada bölmələrinin istismarına veriləcək.
TAGS Elbit Systems