
Əlcəzair ordusuna S-400 “Triumf” ZRK-lərinin ilk partiyası təhvil verilib
Əlcəzair ordusuna Rusiya istehsalı olan S-400 “Triumf” zenit-raket komplekslərinin (ZRK) ilk partiyası təhvil verilib.
Bu barədə “Poliqon” Rusiya mediasına istinadən xəbər verir.
Qeyd edək ki, Əlcəzair Afrika ölkələri arasında Rusiya müdafiə sənayesi sektorunun əsas alıcılarından biridir. Əlcəzair Rusiyadan BMPT “Terminator” atəş dəstəyi maşınları və T-90A tankları alır, eləcə də beşinci nəsil Su-57E qırıcılarının alınmasına da maraq göstərir.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər