
Ermənilərin Serbiyadan aldığı zenit topları məhv edilib
Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2017-2018-ci ildə Serbiyadan aldığı bir neçə ədəd 20 mm çaplı “Zastava M55” zenit topu sıradan çıxarılıb.
“Azeri Defence”nin məlumatına görə, sentyabr ayının 27-dən bu günədək davam edən Vətən Müharibəsi çərçivəsində Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinin MT-LB zirehli nəqliyyat vasitəsinə quraşdırılmış 10 ədəd “Zastava M55” zenit topu məhv edilib.
Üç lüləli “Zastava M55” zenit topu Serbiyanın “Zastava Arms” şirkəti tərəfindən istehsal edilir. Topun M55 A2, M55 A3 B1, M55 A4 B1 və BOV-3 variantları mövcuddur.
CATEGORIES Xəbərlər
TAGS Zastava M55