Müdafiə
Erməni hərbçi ağır yaralandı

Ermənistan-Azərbaycan sərhədində baş verən atışma zamanı erməni hərbçi ağır yaralanıb.
“AzeriDefence” erməni mediasına istinadən bildirir ki, Ermənistanın Tavuş bölgəsi istiqamətində müqavilə yolu ilə xidmət edən erməni hərbçi sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Erməni hərbçi yaxınlıqda yerləşən Ptxavan kəndinin sakini Ruslan Sergeyeviç Mkrtiçyandır.
1986-cı il təvəllüdlü kənd sakini müqavilə yolu ilə hərbi xidmət keçirmiş.
O, Noyenberyan rayonundakı hospitala yerləşdirilib.



