
Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi həyata keçirilən əməliyyatla bağlı video görüntülərİ ictimaiyyətə təqdim edib.





