Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub

Ermənistan Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub

2023-cü il 15 iyun tarixdə saat 08:45-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti DSX bölmələrinin nəzarəti altındadır.

Dövlət Sərhəd Xidmətinin yaralanmış hərbi qulluqçusuna ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.

DSX-dən bildirilib ki, bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Poliqon.az

CATEGORIES
TAGS