
Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında atıb qaçdıqları döyüş vasitələri ələ keçirilib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Düşmən ordusunun döyüş meydanında atıb qaçdığı silah-sursat, gecəgörmə cihazları, döyüş sənədləri, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən götürülüb.
Xatırladaq ki, aprelin 1-də gecə saatlarından başlayaraq, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına cavab olaraq, Qarabağın cəbhəyanı bölgəsində əməliyyat keçirib. Əməliyyat zamanı Ermənistan hərbi birləşmələrinin nəzarətində olan bir sıra yüksəkliklər geri alınıb.



















