
Ermənistan Rusiyadan satın aldığı 9K129 “Kornet-E” tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksini ilk dəfə nümayiş etdirib.
“AzeriDefence”nin xəbərinə görə, bu barədə “Regnum” agentliyinin Ermənistan Ordusunun yaranma gününə həsr olunmuş tədbirdən hazırladığı materialda “Kornet-E” ilk dəfə görüntülənib.
Ehtimal olunur ki, “Kornet-E” kompleksləri 26 iyun 2015-ci ildə Ermənistanla Rusiya arasında silah və hərbi texnikanın alınmasına dair 200 milyon dollarlıq ixracat krediti sazişi çərçivəsində əldə edilib.
Qeyd edək ki, Azərbaycan da 2008-ci ildə Rusiyadan “Kornet-E” kompleksləri alıb.



