
Rusiyanın RTİ Konserninə daxil olan Yaroslav Radio Zavodu (YARZ) Ermənistanın Müdafiə Nazirliyi ilə imzalanmış müqavilə çərçivəsində R-168-100KAE və R-168-5KNE radiostansiyalarının birinci partiyasını sifarişçiyə çatdırıılmasına başlayıb.
“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə RTİ Konserninin mətbuat xidməti məlumat yayıb.
Qısa dalğa diapazonunda (HF) çalışan R-168-100KAE və R-168-5KNE “Akveduk” radiostansiyalarının çatdırılmasına dair müqavilə ötən ilin əvvəli imzalanıb.
Məlumatda qeyd olunur ki, sentyabrın sonunda Ermənistan Müdafiə Nazirliyinin rabitə idarəsinin nümayəndələri YARZ-da olaraq rabitə stansiyaların sınaqlarında iştirak ediblər.
Hazırda adıçəkilən radiostansiyaların 2018-ci ildə Ermənistana göndəriləcək növbəti partiyasının istehsalı barədə danışıqlar aparılır. “Müştəri (Ermənistan-red.) tərəfi eyni zamanda ultra qısa dalğa diapazonunda işləyən radiostansiyalarla da maraqlanır”, – deyə məlumatda qeyd olunub.




