Xəbərlər

Ermənistan silahlı qüvvələri Naxçıvan və Gədəbəyi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 17:40-dan 20:55-dək Vedi rayonunun Arazdəyən, Çəmbərək rayonunun Çəmbərək, Ttucur yaşayış məntəqələrində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən də istifadə etməklə atəşə tutub.

“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananın olmadığını yazır.

“Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlik qeyd edib.

Poliqon.az

Back to top button