Xəbərlər
Ermənistan silahlı qüvvələri Naxçıvanı atəşə tutub

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
“Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlikdən bildirilib.
Poliqon.az




