Ermənistan silahlı qüvvələri Naxçıvanı yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələri Naxçıvanı yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

“Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır”, – deyə Nazirlikdən bildirilib.

Poliqon.az

CATEGORIES
TAGS