Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Ermənistan silahlı qüvvələrinə məxsus növbəti kvadrokopter ələ keçirilib

Avqustun 7-si saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus “DJI Mavic 3” kvadrokopteri Azərbaycan Ordusunun Basarkeçər rayonunun Zod istiqaməti ilə üzbəüz istiqamətdə yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Poliqon.az

CATEGORIES
TAGS