Ermənistan SQ-nin birləşmələrinə məxsus kvadrokopter aşkarlanıb

Ermənistan SQ-nin birləşmələrinə məxsus kvadrokopter aşkarlanıb

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən döyüş mövqelərindən birində Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter mərmiləri ilə birgə aşkar edilib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı.

CATEGORIES
TAGS