Ermənistan Ordusunun cəbhədə öldürüldüyü gizlədilən hərbçilərinin adı bəlli olub – EKSKLÜZİV – YENİLƏNİB

Cəbhədə təxribat törətməyə cəhd edərkən öldürülmüş Ermənistan Ordusunun daha 5 hərbçisinin kimliyi dəqiqləşib. “AzeriDefence.com”nin Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən əldə etdiyi məlumata görə, erməni hərbçiləri iyunun 4 və 5-də cəbhənin müxtəlif istiqamətlərində – Qazax, Tovuz və Tərtərdə Azərbaycan əsgərləri ilə atışmada öldürülüb. Bunlar Aslanyan Vahan (Loridən hərbi xidmətə çağrılıb), Dəlləkyan Artaşes (Vardenisdən hərbi xidmətə çağrılıb), Vanoyan Ruben (Gümrüdən hərbi xidmətə çağrılıb), Hovannesyan Vardan (İrəvandan hərbi xidmətə çağrılıb) və Movsesyan Aram (Sisyandan hərbi xidmətə çağrılıb, müqaviləli) adlı əsgərlərdir.

Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətdən gizlətdiyi döyüşdə öldürülmüş digər hərbçilərin adları dəqiqləşdirilir.

Ermənistan Müdafiə Nazirliyi ötən gün cəbhə xəttində Azərbaycan Ordusu ilə döyüşdə əsgərlərinin öldürülməsi barədə məlumatları gizlətsə də artıq bəzi sosial şəbəkələrdə ermənilər özləri öz itkiləri barədə məlumatları yaymağa başlayıblar. Gümrüdən daha bir əsgərin cəbhədə həlak olduğu barədə məlumat sosial şəbəkələrdə bu şəhərdən olan insanlar tərəfindən yayılsa da onun kimliyi göstərilməyib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu əsgərlərin ölümü barədə heç bir məlumat verməyib. İtkiləri yalnız 3 hərbçinin ölümü və 5 nəfərin yaralanması ilə məhdudlaşdırıb.

Bu arada “Armtoday” saytı Ermənistan Ordusunun yeni itkiləri barədə xəbər yayıb. Xəbərdə bildirilib ki, bu gün saat 04:15-də Füzuli rayonunun Horadiz kəndi istiqamətində Ermənistan ordusunun kiçik serjantı Oqanyan Vardan Robertoviç həlak olub, Mavreyan Araik Qeqamoviç və Satryan Volodya Yuriyeviç yaralanıb

CATEGORIES