Estoniya “Piorun” DZRK-lər ilə HHM imkanlarını artırır

Estoniya “Piorun” DZRK-lər ilə HHM imkanlarını artırır

Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzi (ECDI) Polşadan satın alınan “Piorun” daşınan zenit raket komplekslərini (DZRK) ölkənin Müdafiə Qüvvələrinə təhvil verib.

“Poliqon” ECDI-yə istinadən xəbər verir ki, “Piorun” DZRK-lər Estoniya Müdafiə Qüvvələrininin qısa mənzilli hava hücumundan müdafiə (HHM) qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.

Polşanın “Mesko S.A.” şirkəti tərəfindən hazırlanan “Piorun” DZRK 8 kilometrə qədər məsafədəki hədəfləri vura bilir və bölmələrə gecə-gündüz işləmək imkanı qazandırır. Hazırda həm Polşa, həm də Ukrayna tərəfindən istifadə olunan DZRK Rusiya-Ukrayna müharibəsində etibarlılığını sübut etməyi bacarıb.

Qeyd edək ki, ECDI və “Mesko S.A.” şirkəti arasında “Piorun” DZRK-lərin tədarükünə dair 103 milyon ABŞ dolları dəyərindəki müqavilə 2022-ci ilin sentyabr ayında imzalanıb.

CATEGORIES
TAGS