F-15EX və F/A-18 qırıcılarının uçuş idarəetmə kompüterləri təkmilləşdiriləcək

F-15EX və F/A-18 qırıcılarının uçuş idarəetmə kompüterləri təkmilləşdiriləcək

Böyük Britaniyanın “BAE Systems” şirkəti F-15EX və F/A-18E/F qırıcılarının uçuş idarəetmə kompüterlərini (flight control computers – FCC) təkmilləşdirəcək.

“Poliqon” xəbər verir ki, hər iki qırıcı üçün uçuş idarəetmə kompüterlərinin əsas istehsalçısı olan “BAE Systems” bu işi həyata keçirməkdən ötrü ABŞ-ın “Boeing” şirkəti tərəfindən seçilib.

FCC-lərin elektronika aparatı və proqram təminatınının təkmilləşdirilməsi nəticəsində uçuş idarəetmə kompüterlərinin emal gücü, kiber və məhsul təhlükəsizliyi artırılacaq, köhnəlmə problemləri həll olunacaq və gələcəkdə logistika dəstəyinin göstərilməsi ilə bağlı yarana biləcək problemlər aradan qaldırılacaq.

CATEGORIES
TAGS