F-35 qırıcısının xidmət müddəti lazerlə uzadılacaq

F-35 qırıcısının xidmət müddəti lazerlə uzadılacaq

F-35 qırıcılarının xidmət müddəti lazerlə işlənilərək (emal edilərək) uzadılacaq.

“Poliqon” xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun (United States Marine Corps – USMC) ilk F-35B “Lightning II Joint Strike” qırıcısı lazer zərbə emalından sonra xidmətə qaytarılıb.

Lazer zərbə emalı (Laser shock peening) konstruksiya elementlərinin lazer şüası ilə işlənməsidir ki, bu da onlara əlavə möhkəmlik verir.

2019-cu ildə FRCE (Fleet Readiness Center East) bölməsi F-35 qırıcıları parkı ilə istifadə üçün ilk lazer qurğusunu yığıb. İndi ilk qırıcının emal proseduru tamamlanıb və o, Dəniz Piyadaları Korpusunun döyüş tərkibinə qaytarılıb.

Gələcəkdə FRCE bölməsi bütün modifikasiyalı F-35 qırıcılarının seriyalı emalını təmin etmək üçün lazer qurğularının sayını artırmaq niyyətindədir. FRCE-də qeyd edildiyi kimi, lazer zərbə emalı qırıcının konstruksiyasını gücləndirməklə yanaşı, qısa uçuş-şaquli eniş (STOVL – Short TakeOff-Vertical Landing) variantı olan beşinci nəsil F-35B qırıcısının xidmət müddətini də uzadıb.

F 35 L

Lazer zərbə emalı prosedurundan sonra F-35B “Lightning II Joint Strike” qırıcısının anqardan çıxarılması

F 35 LL

F-35B “Lightning II Joint Strike” qırıcısı

F 35B

F-35B “Lightning II Joint Strike” qırıcısı “USS Wasp” desant nəqliyyat dokunun göyərtəsindən havaya qalxır

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS