FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb

FHN-in növbəti humanitar yardımından ibarət avtomobil karvanı Türkiyəyə çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 10 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınmış növbəti humanitar yardım karvanı bu gün Türkiyənin Kahramanmaraş rayonuna çatıb.

Bu barədə “Poliqon”a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, çadır və qızdırıcılardan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

 

Poliqon.az

CATEGORIES