“Fincantieri” ABŞ HDQ üçün “Constellation” sinifli növbəti freqatı inşa edəcək

“Fincantieri” ABŞ HDQ üçün “Constellation” sinifli növbəti freqatı inşa edəcək

İtaliyanın “Fincantieri” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) üçün “Constellation” sinifli dördüncü freqatı inşa edəcək.

Bu barədə “Poliqon” “Fincantieri” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, freqatın inşası ilə bağlı “Fincantieri”nin bu ölkədə fəaliyyət göstərən törəmə şirkəti “Marinette Marine” (FMM) ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən 512 milyon dollarlıq müqaviləyə layiq görülüb.

Xatırladaq ki, 2020-ci ilin may ayında “Marinette Marine” şirkəti sözügedən freqatların inşası ilə əlaqədar ABŞ HDQ-nin başlatdığı “Guided Missile Frigate” (FFG (X)) proqramının qalibi olub. ABŞ-ın çox sayda tərsanəsinin də qatıldığı tenderə FMM şirkəti tərəfindən “Fincantieri”nin FREMM dizaynı təklif edilib.

Ümumi dəyəri 5.5 milyard dollar olan proqram çərçivəsində ABŞ HDQ üçün 10 ədəd freqatın inşa edilməsi, habelə təhvil verilmiş gəmilərə təmir, texniki qulluq, ekipaj təlimləri və s. dəstəklərin göstərilməsi nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS