Finlandiya 155 mm-lik mərmi ehtiyyatını artırır

Finlandiya 155 mm-lik mərmi ehtiyyatını artırır

Finlandiya Müdafiə Nazirliyi “Nammo Lapua Oy” şirkətindən 103 milyon avro dəyərində 155 mm-lik artilleriya mərmiləri alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Satınalma ilə bağlı fikirlərini bölüşən Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib ki, yeni sursatların alınması həm Müdafiə Qüvvələrinin 155 mm-lik mərmi ehtiyyatını artıracaq, həm də yerli sənayenin sursat istehsal gücünü artırmağa imkan verəcək.

Poliqon.az

CATEGORIES
TAGS