Finlandiya hərbi aviasiya parkını yeniləyir

Finlandiya hərbi aviasiya parkını yeniləyir

Finlandiya Müdafiə Nazirliyi cari ildə yeni döyüş təyyarələrinin alınması ilə bağlı keçirilən tenderin nəticələri barədə qərar qəbul edəcək.

“Poliqon” xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələrinə olan ehtiyacını qarşılamaq üçün 2018-ci ildə tender elan edib.

Tenderdə ABŞ-ın “Boeing” şirkətinin F/A-18 “Super Hornet”, “Lockheed Martin” şirkətinin F-35, Fransanın “Dassault Aviation” şirkətinin “Dassault Rafale”, Böyük Britaniyanın “Eurofighter GmbH” şirkətinin “Eurofighter Typhoon”, və İsveçin “Saab” şirkətinin istehsalı olan JAS-39 “Gripen” təyyarəsinin təkmilləşdirilmiş versiyası iştirak edir.

Ekspertlər hesab edirlər ki, İsveçin “Saab” şirkətinin JAS-39 “Gripen” döyüş təyyarəsinin təkmilləşdirilmiş versiyasının tenderi qazanmaq ehtimalı daha böyükdür.

Qeyd edək ki, Finlandiya Silahlı Qüvvələrinin aviasiya parkının yenilənməsi layihəsi çərçivəsində ümumilikdə 60 ədəd təyyarənin alınması planlaşdırılır. Layihənin dəyəri 9 milyard avro təşkil edir.

 

 

CATEGORIES
TAGS