“Vixr-1” raketinin yeni modifikasiyası istehsala hazırdır

“Vixr-1” raketinin yeni modifikasiyası istehsala hazırdır

Rusiyanın “Kalaşnikov” konserni “hava-yer” tipli “Vixr-1” idarə olunan raketlərin tədarükü ilə bağlı 2024-cü ilin dövlət müdafiə sifarişini tam şəkildə yerinə yetirib.

“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, raketlərin Rusiya Müdafiə Nazirliyinə vaxtında çatdırılması bu il müasir avadanlıqla təchiz edilmiş əlavə istehsal sahələrinin açılması sayəsində mümkün olub.

Konsern həmçinin genişləndirilmiş döyüş imkanlarına malik “Vixr-1” raketinin yeni modifikasiyasının istehsalını da mənimsəyib.

Qeyd edilib ki, “Kalaşnikov” tərəfindən artıq raketin istehsalına başlanılıb və hazırda müştəriyə tədarükü üçün işlər aparılır.

Bundan əlavə, cari ilin dekabr ayında “Strela” hava hücumundan müdafiə raket sistemi üçün zenit-idarə olunan raketlərin istehsalı üzrə iki yeni sex istismara veriləcək.

CATEGORIES