İsveç Silahlı Qüvvələri RBS15 Mk3 gəmi əleyhinə raketləri ilə təchiz olunur

İsveç Silahlı Qüvvələri RBS15 Mk3 gəmi əleyhinə raketləri ilə təchiz olunur

“Saab” şirkəti İsveç Silahlı Qüvvələrini RBS15 Mk3 gəmi əleyhinə raketləri ilə təchiz edəcək.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün şirkət və İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) arasında 800 milyon SEK (72.4 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində raketlərin tədarükünə 2026-cı ildən başlanacaq.

Dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan “səth-səth” tipli RBS15 Mk3 gəmi əleyhinə raketi “Saab” və “Diehl Defence” şirkətləri tərəfindən birgə inkişaf etdirilib. Quru və dəniz platformalarından buraxıla bilən RBS15 Mk3 raketi 200 km-dən çox uçuş məsafəsinə malikdir.

Qeyd edək ki, İsveç Silahlı Qüvvələri hazırda RBS15 Mk3-ün sələfi olan RBS15 Mk2-dən istifadə edir.

CATEGORIES