Türkiyənin hərbi gəmiləri ASELSAN sistemləri ilə üzəcək
ASELSAN şirkəti dəniz platformaları üçün elektron müharibə, radar, rabitə, naviqasiya, silah, elektro-optik və sualtı sistemlər tədarük edəcək.
“Poliqon” İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) istinadən xəbər verir ki, bununla bağlı ASELSAN və DEARSAN-DESAN-ÖZATA şirkətləri arasında ümumi dəyəri 210.1 milyon avro olan müqavilə imzalanıb.
Müqavilə çərçivəsində tədarüklər 2025-2029-cu illər arasında həyata keçiriləcək.
TAGS Manşet