Finlandiya PMPV zirehli maşınının yeni versiyalarını təqdim edib

Finlandiyanın “Protolab Oy” şirkəti 6×6 təkər platformasına malik PMPV (Protected Multi-Purpose Vehicle) zirehli maşınının təkmilləşdirilmiş iki yeni versiyasını təqdim edib.
“Poliqon” “Protolob Oy” şirkətinə istinadən xəbər verir ki, zirehli nəqliyyat vasitəsinin təkmilləşdirilən iki yeni variantı PMPV 2 və PMPV 3 adlanır.
Məlumatda zirehli maşının hər iki variantının keçirilən mina partlayışı sınaqlarında STANAG 4569 səviyyəsinin tələblərini aşaraq azı beş minaya qədər davamlılıq nümayiş etdirdiyi bildirilib.
PMPV 2-ni 325 at gücündəki dizel mühərrik hətəkətə gətirir ki, bu da istifadəçini yolda və çətin ərazi şəraitində yüksək performansla təmin edir. PMPV 3 isə sifarişçiyə 360 və ya 450 at gücündə olmaqla dizel mühərrik seçim imkanı verir.
İki ekipaj üzvü olan PMPV zirehli maşını 10 tam təchizatlı əsgər və yaxud 10000 kiloqrama qədər yük daşıya bilir. Həmçinin, nəqliyyat vasitəsi təcili tibbi yardım, komanda və idarə etmə maşını kimi də istifadə oluna bilər.
PMPV personalların daşınması üçün sifarişçiyə üç oturacaq seçimi verir:
- Beş nöqtəli təhlükəsizlik kəmərinə sahib asma oturacaqlar;
- İki nöqtəli dövrə kəmərinə sahib sabit oturacaqlar;
- İki nöqtəli dövrə kəmərinə sahib yeni kompakt oturacaq sistemi.




