Fransa ABŞ-dan “Hellfire” tank əleyhinə raketlər alır
ABŞ hökuməti Fransaya 203 milyon dollar dəyərində AGM-114R2 “Hellfire” tank əleyhinə raketlərin satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 1515 ədəd AGM-114R2 “Hellfire” rakeltərinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.
Sifariş ilə bağlı baş podratçı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək.