GaN texnologiyalı ilk AN/TPY-2 radarı ABŞ-ın Raketdən Müdafiə Agentliyinə təhvil verilib

GaN texnologiyalı ilk AN/TPY-2 radarı ABŞ-ın Raketdən Müdafiə Agentliyinə təhvil verilib

“Raytheon” şirkəti ABŞ-ın Raketdən Müdafiə Agentliyinə “Gallium Nitride” (GaN) texnologiyası ilə tam təchiz edilmiş ilk AN/TPY-2 radarını təhvil verib.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, AN/TPY-2, ballistik raketləri uçuşun müxtəlif mərhələlərində aşkar etmək, izləmək və fərqləndirmək qabiliyyətinə malik raketdən müdafiə radar sistemidir.

GaN texnologiyası radara daha yüksək həssaslıq təmin edir ki, bu da müşahidə məsafəsinin artırılmasına, nəzarət imkanlarının genişlənməsinə və hipersəs raketlərinə qarşı müdafiə missiyasına dəstək verir.

Eyni zamanda, radar ən yeni CX6 yüksək performanslı hesablama proqram təminatı ilə təchiz edilib. Bu proqram hədəflərin daha dəqiq fərqləndirilməsini və elektron hücumlara qarşı müdafiəni təmin edir.

AN/TPY-2 radarı elektromaqnit spektrinin X-bandında fəaliyyət göstərir. Bu isə radara hədəfləri daha dəqiq görmək və real təhlükələri (raketləri) təhlükə olmayan obyektlərdən (ayrılan raket hissələri) fərqləndirmək imkanı verir.

CATEGORIES